XƏBƏR LENTİ

03 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 13:03

Səudiyyə Ərəbistanı içəridən qarışdı

ölkənin şiələr yaşayan bölgəsində iğtişaşlar başlandı

Картинки по запросу армия саудовской аравии

Səudiyyə hökuməti ölkənin şərqindəki iki şəhərə- Katif və Avamiyaya qoşun yeridib.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, şiələrin məskunlaşdığı yaşayış məntəqələrində sünni ölkələrin Yəmən münaqişəsinə qarışması əleyhinə yürüşlər bir neçə gün davam edib.

Məlumata görə, həlak olanların dördü yürüşçü, biri isə Səudiyyə ordusunun kapralı Məcil Bin Turki əl-Haftanidir. Altı nəfər yaralanıb, iğtişaş iştirakçılarından, ən azı, on nəfəri həbs edilib.

Lakin sakinlər deyirlər ki, yaralıların sayı 30-dan çoxdur, 20-dən çox Avamiya sakini həbs edilib. Onların dediyinə görə, əməliyyata xeyli qoşun cəlb edilib, şəhərdəki atışma bir neçə saat çəkib və əsgərlər dinc sakinlərin evlərinə pərakəndə atəş açıblar.

Səudiyyə Ərəbistanının şiə bölgəsi daimi gərginlik ocağıdır. Bu bölgə neftlə zəngin olsa da, əhalisi çox yoxsul yaşayır.

Səudiyyə İranı onun daxili işlərinə qarışmaqda ittiham edir.