XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

25 İyun 2017 - 20:07

“Türkiyə bir çadır dövləti deyil, həyatınızın səhvini edirsiz…” –Ərdoğandan ABŞ-a xəbərdarlıq

Prezident Ərdoğan bu gün sədri olduğu AKP-nin təşkil etdiyi Ramazan bayramı ilə bağlı  tədbirdə ABŞ-a sərt xəbərdarlıq edib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  "durmaq yox, yola davam" deyən Ərdoğan Suriya sərhədi boyu bir terror dəhlizi qurmağa çalışıldığını, ancaq bu planın "Fərat qalxanı" əməliyyatı ilə qarşısını aldıqlarını bildirib:

"Ancaq dost bildiyimiz bəzi ölkələr Türkiyənin ərazi bütövlüyünü təhdid edən terror qrupllaşmaları ilə birlikdə addımlamaq məsələsində yenə də problem görmürlər. Məsələn, ABŞ PKK-nın bir qolu olan YPG-yə silah verir. Həyati bir yanlış, səhv etdiklərini anlayacaqlar. Bu addımların hamısı NATO-daki işbirliyinə ziddidir. Sərhədlərimizdə bir terror dövləti qurmalarına əsla icazə verməyəcəyik. Türkiyə bir çadır dövləti deyil, hər kəs bunu bilməlidir. Türkiyəyə hücum edənlərin başlarını hinlərində əzməyə davam edəcəyik".

Strateq.az