XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2017 - 22:55

Moldovanın baş naziri Qarabağla bağlı çağırış etdi –AŞPA-dakı iclasda

"Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir".

Bunu Moldovanın baş naziri Pavel Filip Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında çıxışı zamanı deyib.

Münaqişələrin ölkələrin inkişafına mənfi təsir göstərdiyini bildirən baş nazir, Avropa Şurasını onların həlli istiqamətində səylərini daha da gücləndirməyə, bu istiqamətdə dialoqlar təşkil etməyə çağırıb.

Pavel Filip Gürcüstan və Ukraynadakı münaqişələrlə yanaşı Dağlıq Qarabağ probleminə də toxunaraq bu münaqişələri dövlətlərin ərazi bütövlüyünün qorunması prinsipi əsasında həll etməyin vacibliyini sessiya iştirakçılarının diqqətinə çatdırıb/Report.