XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 İyun 2017 - 15:23

ABŞ-ın Əsədə “Sən və ordun bunun əvəzini çox ağır ödəyəcək” təhdidinə Kremldən reaksiya:"Qəbuledilməzdir"

Xəbər verdiyimiz kimi, ABŞ Əsəd rejiminə Suriyada kimyəvi silah tətbiq edəcəyi halda, çox sərt zərbə alacağı haqda xəbərdarlıq edib.

Strateq.az xəbər verir ki, bununla bağlı dünən Ağ Evdən yazılı açıqlama verilib.

Bildirilib ki, Əsəd belə bir hərəkətə əl atarsa, bunun əvəzini çox ağır ödəyəcək: "O və ordusu bunun qarşılığını çox ağır şəkildə alacaqlar".

Maraqlıdır ki, Əsəd rejimini hədəfə alan ABŞ, eyni zamanda, onu dəstəkləyən İran və Rusiyaya da mesaj verib.

Belə ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bu gün "Twitter" hesabında belə yazıb:

"Suriya xalqına bundan sonra qarşı tətbiq ediləcək hər hansı bir hücumun vəbalı Əsəd və onun öz xalqını öldürməsini dəstəkləyən Rusiya və İranın üzərində qalacaq".

Rəsmi Vaşinqtondan edilən hər iki sərt xəbərdarlığa isə Rusiyadan cavab gecikməyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın bu təhdidinin Suriyanın qanuni rejiminə qarşı yolverilməz olduğunu bildirib: "Bu xəbərdarlıq qəbuledilməzdir".

Rəsmi Dəməşq də ABŞ-ın bu xəbərdarlığına reaksiya verib.

Suriyalı nazir Ali Haydar bildirib ki, əvvəla onların kimyəvi hücum etmək niyyətləri heç vaxt olmayıb: "Suriya heç vaxt kimyəvi hücum etməyib, belə bir hücum etmək niyyətində də deyil. ABŞ-ın bu ittihamının arxasında BMT-də Suriyaya qarşı yeni diplomatik kampaniya aparmaq məqsədi durur".

Strateq.az