XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

28 İyun 2017 - 19:08

“ABŞ odla oynayır, əgər Suriyaya girərlərsə, bunun sonucuna qatlanacaqlar” –Rəsmi Tehrandan sərt xəbərdarlıq

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani ABŞ-ın "Əsəd kimyəvi silah tətbiq edərsə, ən sərt şəkildə cəzalandırılacaq" xəbərdarlığına sərt reaksiya verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, ABŞ-ın Suriyaya birbaşa müdaxilə ehtimalını "ağılsızlıq və atəşlə oynamaq" cəhdi sayıb: "Bu, həm də ABŞ üçün odla oynamaq olar. Əgər Suriyaya birbaşa hərbi müdaxilə olarsa, bunun sonucuna da qatlanacaqlar". 

Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyi də rəsmi açıqlama yayıb.

XİN-nin sözçüsü Bəhram Kasımi ABŞ-ın son xəbərdarlığının şübhəli olduğunu bəyan edib: "Bu kimi əsassız iddiaların ortaya atılması son dərəcə dartışılmalı və şübhəlidir".

XİN sözçüsü ABŞ-ın Suriyaya hücum etdiyi halda, qarşılaşacağı durumla bağlı daha əvvəl xəbərdar edildiyini  qeyd edib. O, sonda beynəlxalq aləmi ABŞ-a qarşı təpki göstərməyə çağırıb.