XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

30 Noyabr 2015 - 10:55

Amerikalı müəllif: “Putin NATO-nu parçalamağa nə dərəcədə yaxındır?”

Rusiya ilə Türkiyə arasındakı savaş gərginliyi NATO-nun gələcəyinə dair qarşımıza bir neçə sual qoyur. NATO üzvləri Türkiyəni müdafiə etməyə hazırdırmı? Yaxud gözləyirlər ki, bütün işləri onların əvəzinə Amerika qırıcıları görəcək?

1990-cı illərin axırında İraqda (uçuşsuz zonanın yaradılması) və Kosovoda müşahidə etdiklərimizə əsaslansaq, çox güman ki, bütün işi ABŞ və Birləşmiş Krallığın qırıcıları görəcək.

Güman edirəm ki, Putin bunu başa düşür və NATO-nu fəaliyyətə məcbur etməyə səy göstərir. O, hazırda iddia edir ki, Türkiyənin Rusiya təyyarəsini vurmağa hazırlaşdığını ABŞ bilirdi. Digər tərəfdən, Türkiyə Rusiyadan xahiş edir ki, odla oynamasın.

Kim dəqiq deyə bilər ki, əslində, hər şey necə idi? Hazırda bunun artıq mənası yoxdur. Təyyarə vurulub, pilot ölüdür, Putin isə NATO şarını deşmək imkanı əldə edib.

Putin artıq çoxdan cəhd edir ki, NATO-nun önəmini və potensialını azaltsın. Bu məqamda Stiven Kovinqtonla razıyam: “Rusiya hökuməti strateji alyansların, çoxmillətli qurumların olmadığı, transatlantik ABŞ-Avropa oxunun məhv olduğu Avropanı görmək istəyir”.

Putin NATO-nu necə parçalaya bilər? Heç cür. O, sadəcə, bu alyansın özünün özünü necə məhv etdiyini müşahidə edə bilər. O, NATO üzvlərini bir-biri ilə işləməyə məcbur edir ki, 5-ci Maddəyə uyğun olaraq Türkiyəni müdafiə etsin və yaxud İŞİD-lə mübarizə aparsın. Son nəticədə zəif Amerika rəhbərliyinə və alyans üzvlərinin əksəriyyətinin bu oyuna girməkdən ötrü, sadəcə, gərəkli resursları olmadığına görə NATO üzvləri bir-biri ilə işləyə bilmir.

NATO cəmi bir-iki oyunçunun oynamağa qadir olduğu, qalanlarının isə ehtiyat oyunçular skamyasından matçın gedişini izləyə bildiyi beysbol komandasını xatırladır.

Bunun nəyə gətirib çıxaracağını tezliklə görəcəyik.

Putin – əla taktikdir və hesab edir ki, Obama zəifdir, Qərb isə daha zəifdir. O öz qələbəsinə güvənir, çünki digər tərəf, sadəcə, mübarizə aparmaq istəmir. Və o, tamamilə haqlıdır!   

Silvio Kanto

“Amerikan Thinker” (ABŞ), 30.11.2015