XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2017 - 17:08

Avropa Parlamentində mübahisə –Yunker prezidentə "boşboğaz" dedi

Avropa Parlamentinin plenar iclasında Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerlə Avropa Parlamentinin prezidenti  Antonio Tacani arasında mübahisə yaşanıb.

“Associated Press” agentliyi xəbər verir ki, parlamentin iclasına 700 deputatdan 100-ü qatılmayıb.

Yunker deputatların iclasa münasibətini qeyri-ciddi adlandırıb. Tacani  isə Yunkeri deputatlara daha hörmətlə yanaşmağa çağırıb və Avropa Komissiyasının Avropa Parlamentinə deyil, Avropa Parlamentinin Avropa Komissiyasına nəzarət etməli olduğunu bildirib.

Öz növbəsində Yunker Tacanini “boşboğaz” adlandıraraq deyib ki, Avropa Parlamentinin bir neçə üzvü komissiyaya nəzarət edir/APA.