XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 11:37

İran parlamentindən Azərbaycana çağırış:"Qarabağ münaqişəsinə son qoymaq üçün qəti addımlar atın!"

"Erməni qoşunları tərəfindən iki Azərbaycan vətəndaşı, o cümlədən bir uşağın öldürülməsi mühakimə olunmalıdır".

Bunu İran parlamenti spikerinin müşaviri Mənsur Həqiqətpur deyib.

O qeyd edib ki, dinc sakinlər siyasi mübahisələrin qurbanı olmamalıdır: "Dağlıq Qarabağ tarixən Azərbaycana məxsusdur".

M.Həqiqətpur, həmçinin Azərbaycan hökumətini Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün qəti addımlar atmağa çağırıb/Trend.