XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 12:24

Rusiya XİN erməni təxribatına belə şərh verdi:"Növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik"

Rusiya Xarici İşlər Nazirliyi bügünlərdə Füzuli rayonunun Alxanlı kəndində baş verən son insident zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı diləyir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Qarabağ münaqişəsində növbəti qan axıdılmasını qəbuledilməz hesab edirik. Tərəfləri vəziyyəti sabitləşdirmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq", – M.Zaxarova vurğulayıb.

O, rəsmi Moskvanın ATƏT-in Minsk qrupunun zorakılığın dayandırılması və müzakirələrə yenidən başlamaqla bağlı son bəyanatını dəstəklədiyini bildirib/Report.