XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 10:45

Gəncədə dindarlara qarşı xüsusi əməliyyat – Hacı Talehin tərəfdarları həbs olundu

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən şəhər sakini Elnur Cabbarov tutulub. Ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd kitabça (“Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman Birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elnur Mehdiyevin mənzilindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd “RQD-5” qumbarası, 3 ədəd patron darağı, 57 ədəd avtomat patronu, 18 ədəd dini ədəbiyyat və 3 ədəd kitabça (“Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Hacı Taleh Bağırzadənin müraciəti) aşkarlanıb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən, noyabrın 30-da İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə həbs olunmuş Möhtəbər Babayevin Nardaran hadisələrində iştirak etməsi və “Müsəlman birliyi” adlı hərəkatın üzvü olan Rövşən adlı şəxsin ona saxlamaq məqsədi ilə avtomat silah verməsi müəyyənləşdirilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Babayevin Xankeçən kəndinin yaxınlığında gizlətdiyi 1 ədəd “AKMS” markalı silah, 1 ədəd patron darağı və 38 ədəd patron aşkarlanaraq götürülüb.

Paytaxtın Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Müsəlman birliyi” adlı hərəkatın üzvlərinə dəstək verən Elgün Axundov tutulub. Onun Binəqədi qəsəbəsindəki evindən 2 ədəd “F-1” qumbarası və 22 ədəd patron tapılıb.