XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2017 - 00:04

Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub –FOTOLAR

Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub. 

Alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində – Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur.

Cəbhəyanı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.

Məlumata görə, alov qoşunların təmas xəttinə yaxınlaşıb.