XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2017 - 11:07

“Kürd dövlətinin yaradılmasına yol verməyəcəyik” –Ərdoğandan kəskin xəbərdarlıq

"Türkiyə Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcək". 

Bunu  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair brifinqdə deyib. 

“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”, – deyə Ərdoğan  qeyd edib.

Qeyd edək ki, Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər.  

APA