XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 10:42

Əhməd Davudoğlu Bakıdadır – Səfər proqramı açıqlandı
davutoqlu-1.jpg
 
Türkiyənin baş naziri Əhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
 
APA-nın məlumatına görə, onu Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun qarşılayıblar.
 
Baş naziri Türkiyə Milli Kəşfiyyat İdarəsi rəhbəri Hakan Fidan, Xarici İşlər naziri Firudin Sinirlioğlu, Türkiyə Qida, Heyvandarlıq və Kənd Təsərrüfatı naziri Faruk çelik, Baş nazirin müavini Mehmet Şimşek, Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak və digərləri müşayiət edirlər.
 
Bu gün və sabah davam edəcək səfər çərçivəsində Əhməd Davudoğlu Azərbaycan prezidenti İlham Əliyev, Baş nazir Artur Rasizadə ilə görüşəcək, sabah ADA Universitetində mühazirə oxuyacaq.
 
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regional və beynəlxalq məsələlər müzakirə olunacaq.