XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 20:25

Putinin mətbuat katibi:“Biz tərəfləri təmkinli olmağa və razılaşmalara riayət etməyə çağırırıq”

Kreml iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması  nəticəsində biri iki yaşlı körpə olmaqla iki nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən təxribata münasibət bildirib.

 Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov APA-nın Moskva müxbirinə açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatı belə şərh edib:  "Biz bütün tərəfləri təmkinli olmağa və mövcud razılıqlara riayət etməyə çağırırıq".

 Qeyd edək ki, bir neçə gün bundan qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarova da oxşar bəyanatla çıxış etmişdi. O,münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırdıqlarını bildirmişdi.