XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 11:04

PA-nın şöbə müdiri gənclərə müraciət etdi: “Dünyəviliyi rəhbər tutun!”

fuad eles.jpg

“Mən Azərbaycanın hər bir gəncinə müraciət edirəm ki, dünyəvilik ideyalarını rəhbər tutsunlar. Azərbaycanın gələcəyi xoşbəxt olmalıdır. Bizim gənclər sabah Azərbaycan dövlətinin əsasını təşkil edəcək. Onlar dövlətimizi qoruyacaqlar”.

report.az-a istinadən strateq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

Nardaran hadisələri barədə danışan F.Ələsgərov bildirib ki, dini radikalizm və digər neqativ hallar Azərbaycan cəmiyyətinə xas deyil:

“Bizim gənclər də təbliğat işlərində aktiv olmalıdır. Dini radikalizm və ekstremizmlə mübarizə ilə bağlı Azərbaycanda bütün normativ aktlar mövcuddur. Bu normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı Azərbaycan parlamenti təşəbbüslə çıxış edib. Şübhəsiz ki, Azərbaycan gəncləri də dini radikal qruplara qoşulmayacaq və dini radikalizm əleyhinə təbliğat işləri aparacaqlar. Bu tip qruplara qoşulan gəncləri düz yola dəvət edirik”.