XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 14:21

Təfəkkür Universitetində prorektorla rektor arasında qalmaqal

tefekkur.jpg

Rəhim Hüseynov Müşfiq Atakişyevdən yaratdığı probemləri aradan qaldırmağı tələb edib. Onun yaxın günlərdə qalmaqallı videogörüntülər yayımlayacağı gözlənilir.

Təfəkkür Universitetində ciddi qalmaqal yaşanır. Strateq.az-a verilən məlumata görə, qalmaqala səbəb universitetin şəriklərindən biri olduğunu iddia edən Riyad Əliyevlə yaranmış problemdir.

Qeyd edilir ki, Riyad Əliyev əlində konkret sənədlər olduğunu bildirərək, martın 10-da mətbuat konfransı, martın 17-də isə Təfəkkür Universitetinin qarşısında piket keçirəcəyini vurğulayıb. Bundan əlavə, sözügedən şəxs rektor Müşfiq Atakişiyevdən 4 milyon dollarını və 1 milyonluq əmlakını geri tələb edir.

Riyad Əliyev problemi uzandıqca Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev və prorekor Rəhim Hüseynov arasında da gərginlik artır. Hətta ötən günlərdə tərəflər arasında bu məsələ ilə bağlı mübahisənin də yaşandığı deyilir. Rəhim Hüseynov Atakişiyevdən Riyad Əliyevin qabağını almaq üçün addım atmasını tələb etdiyi də vurğulanır. İddia edilir ki, prorektor rektordan yaratdığı problemi çözməyi tələb edib.

Riyad Əliyev bildirir ki, Rəhim Hüseynovun köməkçisi olan Ceyhun adlı şəxs ona zəng edərək, əvvəlcə hədələyib. «Mənə Müşfiq Atakişiyevin adından hədə-qorxu gəldi. Gördü alınmadı, variantı dəyişdi. Sonra yalvardı ki, əlimdəki videogörüntüləri youtube-də yaymayım. Amma mən Ceyhunla bağlı videogörüntüləri internetə yerləşdirəcəm. Görüm, indiyə qədər prosesin qarşısını almaq üçün etdiklərini bu dəfə də bacaracaqlarmı?»

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.