XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2015 - 11:42

Xilas edilən neftçi: “Elə bildik ki, ölmüşük”

“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş qəza ilə bağlı 29 nəfərin axtarışları davam edir. Yanğın zamanı xəsarət alan 29 nəfər Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib, xəsarəti yüngül olanlar artıq evə buraxılıblar.

Yaralılardan biri – Rəşid Hüseynov (okəllə-beyin travması alıb) baş verənlər barədə jurnalistlərə danışıb.

O, ANS TV və ATV-nin müxbirlərinə buinları deyib: “Qayıqlara şimal tərəfdən mindik. Cənubdan minə bilmirdik. çünki tüstü o tərəfdən gəlirdi. Külək qayığı silkələməyə başladı və qayıq platformanın arasına düşdü. Digər qayıqlardan xəbərim olmadı… Orda olanların dəqiq sayını deyə bilmərəm, amma hər halda 60-dan yuxarı olmalıydı. Dalğanın hündürlüyü 8 metr idi, heç bir texnika yaxınlaşa bilmirdi”.

R.Hüseynov apa.az-ya açıqlamasında isə qayıqların toqquşması səbəbindən işçilərin dənizə töküldüyünü bildirib: “İki qayığı suya buraxdılar, ancaq külək suya buraxılan o qayığı bizim olduğumuz qayığa çırpdı. Qayıqdakılar dənizə töküldülər. Biz elə bildik ki, ölmüşük. Bunu danışa bilmirəm, təsəvvür etmək belə çətindi. Mənə elə gəlirdi ki, artıq həyatda deyilik“.

O, hadisənin baş verməsini belə xatırlayıb: “Güclü külək var idi, partlayış oldu. Sonra bizə təxliyə olunmaqla bağlı göstəriş verdilər. Cənub tərəfdəki qayıqların yanına gəldik, tüstü vardı, boğulurduq. Ona görə də ordakı qayığa minə bilmədik. Sonra şimal tərəfə gəldik, nəhayət, ordan iki qayığa mindik və xilas olduq”.