XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2017 - 00:46

Rəsmi Moskvadan “Malorusiya dövləti”nin yaradılması xəbərinə reaksiya:"Bunun analiz olunması lazımdır"

"Bu mövzunu indilik şərhsiz qoyacağam".

Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Ukraynada separatçıların nəzarətində olan ərazidə Malorusiya adlı yeni bir dövlətin yaradılamasına fikir bildirərkən deyib.

O, Moskvanın Minsk razılaşmalarına sadiq qaldığını vurğulayıb:

"Mövzunun analiz olunması lazımdır. Bununla bərabər, Rusiya Minsk razılaşmalarına sadiqliyini qoruyur".

Qeyd edək ki, Donetsk separatçılarının lideri ötən gün "Malorusiya" adlı dövlət yaradacaqlarını elan edib/Axar.az.