XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2017 - 00:06

Rəsmi Tehrandan Küveytə cavab gecikmədi:"Adekvat addım atılacaq, diplomatlarını göndərəcəyik"

İranın Küveytdəki təmsilciliklərinin bəzilərini bağlanmasına və diplomatların ölkədən çıxarılmasına cavab verilib.

İran da adekvat addımlar atacağını və Küveyt diplomatların bir çoxunun ölkədən çıxarılacağını açıqlayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi bildirib ki, Küveytin səbəbsiz ittihamları üzücüdür:

“Küveytin Tehrandakı təmsilçisi Fəllah əl-Hacrəf XİN-ə çağırdıq. “Əl-Abdali” qruplaşması ilə əlaqələrimizin olmadığını ona bildirdik”.

Qeyd edək ki, Küveyt İranı “Əl-Abdali” qruplaşması ilə əlaqəsinin olmasında ittiham edərək iranlı diplomatları ölkədən çıxarıb. Bundan başqa, İran səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib/Qafqazinfo.az.