XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 00:20

Putin prezident İlham Əliyevə geopolitik vəziyyətdən narahatlığını bildirib:“Regiondakı vəziyyət sadə deyil”

“Sizinlə həm bizim ikitərəfli münasibətlərimiz, həm də regionda yaranan vəziyyət barədə danışmaq imkanından məmnunam. Regiondakı vəziyyət sadə deyil.

Strateq.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

Putin ümid etdiyini bildirib ki, İlham Əliyevlə görüşü bütün mürəkkəb problemlərin həlli yollarını tapmağa imkan yaradacaq: ”Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin necə inkişaf etməsindən də danışacağıq. Bizim böyük həcmdə işlərimiz və gələcək üçün çoxlu birgə planlarımız var. Sizinlə görüşmək və bütün bu istiqamətlər üzrə danışmaq imkanına şadam”.

Azərbaycan Prezidenti  cavabında deyib ki, ölkələr arasında  münasibətlərin yüksək səviyyəsindən məmnundurlar: Siyasi, ticari-iqtisadi, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Nəqliyyat və energetika sahələrində yaxşı perspektivlər var. Yəni, bizim münasibətlərimiz çoxşaxəlidir, həyatımızın praktiki olaraq bütün sahələrini əhatə edir. Əlbəttə ki, vacib məsələlər – regional, dünya siyasəti, ikitərəfli münasibətlər və bizim regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələləri üzrə vaxtaşırı məsləhətləşmələrə ehtiyac var. Ona görə bir daha Sizi görməyə çox şadam. Əminəm ki, bu görüşümüz də dostluq münasibətlərimizin inkişafına yaxşı impuls verəcək.