XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 14:35

8 neftçinin vəziyyəti sabitdir – Koalisiya üzvləri xəstəxanadakı neftçilərə baş çəkib

neftciler ziyaret.jpg

Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyası Şurasının üzvləri SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan neftçilərə baş çəkib.

Şuranın koordinatoru Əliməmməd Nuriyev, Şura üzvləri – Sevil Allahverdiyeva, Rafiq Təmrazov, İlqar Hüseynli və Xalid Kazımov Neftçilər Xəstəxanasında olublar. Şura üzvləri palataları gəzərək, müalicə alan neftçilərlə görüşüblər. Müalicə alan Mərdan Rəcəbov, Rəşid Hüseynov, Mətanət Əliyeva, Rəvan Orucov, Faiq Cəfərov, Əvəz Cəbrayılov, Baba Şükürov və Allahverdi Məmmədov bütün lazimi müalicəni aldıqlarını deyiblər. Neftçilərin vəziyyəti ilə maraqlanan Şura üzvlərinə bildirilib ki, hazırda xəstəxanada olan 8 nəfərin vəziyyətinin sabitdir. Hazırda xəstələrin həyatları üçün heç bir təhlükə yoxdur və onlar bütün müalicələri lazımi şəkildə alırlar.

Bildirilib ki, xəstələrdən yalnız bir nəfəri əməliyyat olunub. Əməliyyat olunan özülün rəisi Allahverdi Məmmədovun da hazırda vəziyyəti normaldır. Hazırda xəstələrdən 4 nəfəri cərrahiyyə şöbəsində, 4 nəfəri isə terapiya şöbəsində müalicəsini davam etdirir.

Şura üzvləri müalicə alan neftçilərin tezliklə sağalmalarını arzulayıb.

Strateq.az