XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2017 - 15:46

Müdafiə Nazirliyindən daha bir xəbərdarlıq:"Hərbi xidmət barədə müzakirələr aparmayın!"

Son günlər Müdafiə Nazirliyinin adından bir çox istifadəçilərin mobil telefonlarına xəbərdaredici mesajlar gəlir.

Həmin mesajlarda qeyd olunur ki, telefon danışıqları və sosial şəbəkələrdə müzakirələr zamanı hərbi xidmət məsələləri müzakirə edilməsin. 

“Qafqazinfo” məsələ ilə Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə əlaqə saxlayıb.

Mətbuat Xidmətindən bildirilib ki, abunəçilərə göndərilən sms-lərdən xəbərdardırlar:

“Bir daha qeyd etmək istəyirik ki, hərbi qulluqçuların təhlükəsizliyi naminə telefon əlaqəsi və sosial şəbəkələrdən istifadə zamanı hərbi xidmət barədə müzakirələr aparmayın!

Hərbi hissə, onların yerləşmə yerləri, silah-sursatı, hərbi texnikası haqqında və hərbi qulluqçulara dair fotoşəkilləri paylaşmayın!”.