XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 19:40

Gürcüstan prezidenti:"Baş komandan olmuş şəxs ölkəni tərk etməməli idi”

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinə münasibət bildirib.

G. Marqvelaşvili xarici jurnalistlərlə görüşdə deyib ki, Saakaşvili Gürcüstanı tərk etməməli idi.

“Saakaşvili Gürcüstan vətəndaşlığından imtina edəndə mən çox təəssüfləndim. Çünki iki dəfə prezident seçilmiş ölkənin keçmiş birinci şəxsinin Gürcüstan vətəndaşlığı olmalıdır. Baş komandan olmuş şəxs ölkəni tərk etməməli idi”, – deyə prezident vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun fərmanı ilə M. Saakaşvilinin Ukrayna vətəndaşlığı ləğv olunub.

APA