XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 December 2015 - 13:05

“Siz görkəmli rəhbərsiniz…” – Prezident İlham Əliyev qubernatorla görüşdü (FOTO)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çinin Şaansi vilayətinin qubernatoru Lou çincyan ilə görüşü olub.

Strateq.az xəbər verir ki, Lou çincyan Prezident İlham Əliyevin çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından şad olduğunu bildirib.

“Siz görkəmli rəhbərsiniz”, – deyən qubernator Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın yaxşı inkişaf etdiyini vurğulayıb.

Rəhbərlik etdiyi vilayət ilə Azərbaycan arasında müəyyən oxşarlıqların olduğunu bildirən Lou çincyan qədim İpək Yolu üzərində yerləşən Şaansi vilayətinin tarixi haqqında danışıb. O, burada sənayenin müxtəlif sahələrinin inkişaf etdiyini, telekommunikasiya sahəsinin müasirləşdirilməsi ilə bağlı bir çox tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

“Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”, – deyən qubernator bildirdi ki, Prezident İlham Əliyevin Siana səfəri Azərbaycan ilə Şaansi vilayəti arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək, energetika və humanitar sahələrdə əməkdaşlığın inkişafına töhfə verəcək.

Qubernator prezident İlham Əliyevin çinə dövlət səfərinə Şaansi vilayətindən başlamasından məmnun qaldığını və bunun bir çox səbəblərinin olduğunu qeyd edib.

Dövlət başçısı bildirib ki, Şaansinin qədim tarixi, güclü iqtisadiyyatı və sənayesi var. Terrakota Muzeyinin onda böyük təəssürat yaratdığını deyən Prezident İlham Əliyev, bunu çin xalqının qədim tarixə və mədəniyyətə malik olmasının göstəricisi kimi dəyərləndirib.

Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, eyni zamanda, Şaansi vilayətinin məhsulları ilə Azərbaycanın daha yaxından tanış olmasına imkan yaradacağını deyən prezident İlham Əliyev respublikamızın çin ilə bütün sahələrdə əməkdaşlığı genişləndirmək istəyində olduğunu bildirib. Dövlət başçısı deyib ki, Azərbaycanda son illərdə sürətli iqtisadi artım müşahidə olunur və ölkəmiz uğurla inkişaf edir. Bu da ölkələrimiz arasında fəal qarşılıqlı əməkdaşlığın həyata keçirilməsinə kömək edir.

Görüşdən sonra Şaansi vilayətinin qubernatoru Lou çincyan adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul verilib.