XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 13:00

Güllələndiyi deyilən polis rəisi danışdı:"Bu, açıq-aşkar təxribatdır"

Dünən bəzi KİV-lər Binəqədi rayon Mühafizə İdarəsinin rəisi, Xaçmaz rayon icra hakimiyyəti baçısı Şəmsəddin Xanbabayevin oğlu Samir Xanbabayevin Nabrdandakı istirahət mərkəzlərindən birində, guya, hansısa yüksək vəzifəli məmurun oğlu ilə mübahisə zamanı güllələndiyi haqda məlumat yayıblar.

Strateq.az xəbər verir ki, Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu məlumat tamamilə uydurmadır. “Biz bu informasiyanı qəti təkzib edirik. Samir Xanbabayev hazırda Bakıda, iş yerindədir” – mətbuat xidməti bildirib.

Həmin xəbərdə iddia olunurdu ki, insidentdə yaralanan polis rəisi Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin xəstəxanadan saytımıza bildiriblər ki, onlara bu adda xəstə daxil olmayıb.

Virtualaz.org onu da yazıb ki, yaralandığı haqda şayiə yayılan polis rəisinin özü də redaksiyaya zəng vurub, hazırda Bakıda, işinin başında olduğunu deyib. “Mən anlamıram ki, bu dezinformasiyanı kim və hansı məqsədlə yayıb. Mən bu günlərdə ümumiyyətlə Bakı şəhərini tərk etməmişəm, iş yerimdəyəm. Bu, açıq-aşkar təxribatdır” – polkovnik-leytenant Samir Xanbabayev kifayət qədər gümrah səslə bildirib.