XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 19:04

Dollarla bağlı həyəcanlı xəbər – Mərkəzi Bank açıqlama yaydı

“Dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir”.

Strateq.az ANS-ə istinadın xəbər verir ki, bunu Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib. Onun sözlərinə görə, dolların məzənnəsi Mərkəzi Bankın saytında göstərilib: “Sabah kəskin bahalaşma olacağı barədə deyilənlər əsassızdır. Heç bir panikaya ehtiyac yoxdur”.

Qeyd edək ki, dolların növbəti dəfə kəskin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bu səbəbdən də Bakıda valyutadəyişmə məntəqələrinin əksəriyyəti bağlanıb.

Valyutadəyişmə məntəqəsində çalışanlar sabah dolların 10 qəpik bahalaşacağını bildiriblər.