XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2017 - 17:19

“ABŞ Rusiya təhlükəsinin qarşısını almaq üçün hər şeyi edəcək” –Pensdən daha bir mesaj

ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) Rusiyanı NATO ölkələri üçün təhlükə adlandırıb..

M. Pens bunu Estoniyanın paytaxtı Tallində Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.

“Rusiya NATO ölkələri üçün təhlükə törədir və ABŞ bu təhlükənin qarşısını almaq üçün hər şeyi edəcək. Biz NATO Nizamnaməsinin 5-ci maddəsinə qəti surətdə bağlıyıq və buna uyğun olaraq bir NATOüzvünə hücum bizim hamımıza hücumdur”, – deyə M. Pens Estoniya, Litva və Latviya rəhbərləri ilə birgə mətbuat konfransında söyləyib.

Vitse-prezident müdafiəyə ÜDM-in azı 2%-i həcmində vəsait ayrılması barədə NATO-nun tələbini yerinə yetirən Estoniyaya təşəkkür edib və gələn il Latviya ilə Litvanın da hərbi xərcləri bu səviyyəyə yüksəldəcəyinə inandığını deyib: “Biz bilirik ki, güclü və vahid NATOkommunist sisteminin çökməsindən bəri bu qədər vacib olmamışdı”.   

Qeyd edək ki, M. Pens Estoniyadan Gürcüstana, oradan isə NATO-nun yeni üzvü Monteneqroya gedəcək/APA.