XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 15:12

Naxçıvan MR Ali Məclisinin sabiq sədri Namiq Həsənov: “Mən o zaman Bakıda idim”

namiq.jpg

“Qara qutu”larımızın ictimaiyyətdə yaratdığı şok effekti davam edir. 

Strateq.az-a müraciət edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Namiq Həsənov keçmiş hərəkatçı Oqtay Bəxşəliyevin saytımıza müsahibəsi zamanı (bax: Oqtay Bəxşəliyev: “Heydər Əliyevə səs verməmək üçün söyüş qoymuşdular”) onunla bağlı söylədiyi bir məqama aydınlıq gətirib. 

Xatırladaq ki, Oqtay Bəxşəliyev əməkdaşımıza verdiyi müsahibəsində həmin vaxt Ali Məclisdəki “Komblok”un Heydər Əliyevin sədr seçilməməsi üçün ortaya söyüş qoyduğunu, sonra hamısının bu sözə xilaf çıxdığını, sadəcə, Namiq Həsənovun andına sədaqət nümayiş etdirdiyini, mərhumun nə leyhinə, nə əleyhinə səs vermədiyini, bitərəf qaldığını bildirmişdi. 

Oqtay Baxşəliyevin müsahibəsində səsləndirdiyi bu fikirlərlə bağlı Naxçıvan MR Ali Məclisinin sabiq sədri Namiq Həsənov bildirib ki, Heydər Əliyevin sədr seçkiləri dövründə o, ümumiyyətlə, Naxçıvanda olmayıb: “Əsl həqiqət budur ki, sessiyadan iki gün qabaq Muxtar Respublikanın rəhbərlərini Bakıya çağırmışdılar. Sonrakı gün isə, Azərbaycan Daxili İşlər naziri M.Əsədov xüsusi helikopterlə Muxtar Respublikanın Daxili İşlər nazirini, Ali Məclisin deputatı və nazir müavini kimi məni, eləcə də nazirliyimizin əməkdaşlarından deputat olan digər 5 nəfər məsul zabitimizi Bakıya çağırmışdı. Nazirin bizimlə keçirdiyi müşavirədə əsasən Muxtar Respublikanın müdafiə məsələləri, erməni təcavüzünün qarşısının alınması tədbirləri geniş müzakirə edildi. Beləliklə, nə deputat yoldaşlarım, nə də mən sözügedən həmin sessiyada olmamışıq. Nazirlikdəki müşavirənin səhərisi gün öyrəndim ki, Ali Məclisin sessiyası keçirilib və H.Əliyev yekdilliklə sədr seçilib. Rəhmətlik H.Əliyev sessiyada çıxış edərək Naxçıvanın rəhbər kadrlarının təcili Bakıya çağırılmasını mərkəzi hakimiyyətin təxribatı ola biləcəyini də demişdi”. 

Namiq Həsənov “Komblok” üzvülərinin arasında H.Əliyevə qarşı hansısa söhbətin olduğunu eşitmədiyini və buna inanmadığını bildirib. 

Həsənov deyib ki, o adamların hamısı Heydər Əliyevin kadrları olduğundan, hətta kiminsə bu cür cəhdi olsaydı belə, o, uğursuzluqla nəticələnəcəkdi.

Müsahibimiz həmçinin Heydər Əliyevin o zaman Naxçıvan Ali Məclisinə sədr seçilməsini həm Muxtar Respublika, həm də Azərbaycan xalqı üçün “mühüm tarixi və ölkə taleyini müsbət yöndə dəyişdirən hadisə” saydığını deyib.

Heydər

Strateq.az