İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəzi mübahisəli məsələlərə, dedi-qodulara aydınlıq gətirib.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan İran prezidenti Həsən Ruhani ilə keçirdikləri birgə mətbuat konfransında deyib ki, həmkarı ilə İraqdakı problemləri müzakirə ediblər:
“İraq bizim ən yaralı yerimizdir. Orada indiyədək 100 mindən çox insan ölüb. Suriyada isə 300 min nəfər həyatını itirib. Məni nə şiə maraqlandırır, nə də sünni; məni müsəlman maraqlandırır. Bu qana, bu ölümə son verməli, bir-biri ilə vuruşanları bir araya gətirməliyik”.
Strateq.az