XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 16:24

Baş nazir idman ayaqqabısı geyindiyi üçün mərasimə buraxılmadı –Vitse-prezidentlə görüşdə ilginc hadisə

Albaniyanın baş naziri Edi Rama ABŞ-ın vitse-prezidenti Mayk Pens ilə şəkil çəkdirmək mərasiminə buraxılmayıb. 

Buna baş nazirin tədbirə ağ idman ayaqqabısında gəlməsi səbəb olub.

Bu faktı Albaniyanın sabiq prezidenti Sali Berişa da təsdiqləyib. Onun sözlərinə görə, işgüzar kostyum geyinməsinə baxmayaraq, baş nazirin ayağında idman ayaqqabısı olub.

Qeyd edək ki, M.Pens ilə şəkil çəkdirmək üçün Monteneqro, Makedoniya, Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya və Serbiyanın baş nazirləri, həmçinin tanınmamış Kosovonun lideri iştirak edib. Şəkildə Albaniyanın baş naziri yoxdur. Eyni zamanda, Adriatik xartiyası ölkələri baş nazirlərinin görüşündən olan fotolar Albaniya baş nazirinin həqiqətən məşhur markanın ağ idman ayaqqabısında olduğunu təsdiq edir.

Müşahidəçilər xatırladır ki, bu, E.Ramanın publikanı geyimi ilə təəccübləndirdiyi ilk hal deyil.

Qeyd edək ki, M.Pens Monteneqronun əsas şəhəri olan Podqoritsaya çərşənbə axşamı gecə saatlarında gedib/Report.