XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 16:40

Bərzanidən müstəqillik anonsu:"İraqın sivil bir ölkə olacağına ümidimiz qalmayıb..."

"İraqın normal, sivil bir ölkə olacağına ümidimiz qalmayıb".

Bu sözləri İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzani İŞİD-in 2014-cü il avqustun 3-də Mosulda törətdiyi qanlı olayların ildönümü mərasimində çıxışı zamanı deyib.

“Bunu böyük məyusluqla deyirəm. İraqla bütün yolları sınamışıq, ancaq tamamilə çarəsiz və ümidsizik var. İraq bizi qoruya bilmir və ya qorumaq istəmir. Buna görə də təhlükəsizliyimizi təmin etmək üçün referendum yolu ilə bütün dünyaya taleyimizi müəyyən edə biləcəyimizi göstərməliyik. Referendum bizim yeganə məqsədimiz deyil, böyük hədəflərə çatmağımız üçün bir vasitədir”, – Bərzani bildirib.

Qeyd edək ki, İraq Kürd Muxtar Vilayətində müstəqilliklə bağlı referendumun sentyabrın 25-də keçirilməsi nəzərdə tutulur/Axar.az.