XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 August 2017 - 22:22

“Gelandewagen”də qəzaya düşənlər kimlərdir? –Maşın alovlandı, 2 nəfər öldü + VİDEO

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

 APA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə, “Mercedes Gelandewagen” markalı avtomobil paytaxtın Heydər Əliyev prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və “VAZ 21015” markalı avtomobilə arxadan  çırpılıb.

Daha sonra “Mercedes Gelandewagen”  yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçib və yanmağa başlayıb. Qəza nəticəsində  “Mercedes Gelandewagen”in sürücüsü də daxil olmaqla, iki nəfər ölüb. Ölənlərdən birinin “Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev olduğu dəqiqləşib.

Qəza zamanı piyadanın da vurulduğu bildirilir. 

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.