XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 16:07

Deputat Astan Şahverdiyev:"Heç nədən, alacağım cəzadan da qorxmuram”

Xəbər verildiyi kimi, bu gün Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilib ki, qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı "Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında Baş nazirin müavini Əli Həsənovun nəvəsi, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyevin olması tam təsdiq edilib.

Artıq baş nazirin müavinin nəvəsi haqda 4 aylıq həbs qərarı da çıxarılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Milli Məclisin deputatı Astan Şahverdiyev Baş nazirin müavini, "Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203” dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqalla bağlı açıqlama verərkən yayılan məlumatları cəfəngiyyat adlandırmışdı.

O, hadisə vaxtı Əli Həsənovun nəvəsinin evdə olduğunu bəyan etmişdi:  "Bundan başqa, Əli müəllimin nəvəsinə məxsus avtomobilə yüksək qiymətlər qoyurlar. O avtomobilin milyonluq qiyməti yoxdur. Ümumiyyətlə, o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub. İndi bunu şou etməyin nə mənası var?”.

Bəs, görəsən rəsmi açıqlamadan sonra deputat nə düşünür?

Strateq.az xəbər verir ki, bügünkü rəsmi açıqlamadan sonra Modern.az saytı Astan Şahverdiyevə yenidən müraciət edib.

Astan Şahverdiyev məsələ ilə bağlı açıqlama vermək istəməyib: "Xahiş edirəm, mənə heç bir sualla müraciət etməyin. Mən danışmaq istəmirəm. Heç nədən, alacağım cəzadan da qorxmuram”.