XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Avqust 2017 - 10:59

Prezident Qurbanqulu Berdiməhəmmədovu belə qarşıladı –Təkbətək görüş + FOTOLAR

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Strateq.az Azertac-a istinadən xəbər verir ki,  görüşdən əvvəl rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb. Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.