XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2017 - 19:31

“Abxaziyanın müstəqilliyinə etibarlı təminat veririk” –Putindən rəsmi Tbilisiyə açıq mesaj

Rusiya prezidenti Vladimir Putin Gürcüstanın separatçı regionu Abxaziyaya səfər edib.

"RİA Novosti”nin verdiyi məlumata görə, V. Putin Abxaziya rəhbəri Raul Hacimba ilə görüşüb. 

O bildirib ki, Moskva bundan sonra da "respublika”nın təhlükəsizliyi və müstəqilliyinə təminat vermək niyyətindədir: "Bizim danışmağa mövzularımız var. Ən başlıcası odur ki, bizim Abxaziya ilə xüsusi, çox xüsusi münasibətlərimiz var. Biz Abxaziyanın təhlükəsizliyi və müstəqilliyinə etibarlı təminat veririk. Əminəm ki, bundan sonra da belə olacaq”.  

Qeyd edək ki, bu gün Gürcüstanın Cənubi Osetiya regionunda müharibənin 9-cu ildönümüdür. Bu müharibədən sonra – 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyanı və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

APA