ABŞ prezidenti Donald Tramp ABŞ-ın hər zaman dünyanın ən qüdrətli dövləti olacağını bəyan edib.
Bu barədə o, “Twitter”də yazıb.
“Mənim prezident vəzifəsində ilk tapşırığım nüvə arsenalımızın yenilənməsi və modernləşdirilməsi barədə oldu. İndi o daha güclüdür. Ümid edirəm ki, biz heç vaxt bu gücdən istifadə etmək zorunda qalmayacağıq. Biz hər zaman dünyanın ən güclü ölkəsi olacağıq”, – deyə Tramp bildirib.
Xatırladaq ki, avqustun 8-də D. Tramp Şimali Koreyanın ünvanına çox sərt xəbərdarlıqla çıxış edib. O deyib ki, əgər Pxenyan ABŞ-ı təhdid edərsə, onu qisas gözləyir: “Şimali Koreya elə bir atəş və qəzəblə qarşılaşacaq ki, dünya hələ belə bir şey görməyib”.
APA