XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 17:45

Əfv Komissiyasının üzvü təkzib etdi:“Yaxın günlərdə əfv olacağını güman etmirəm”

Son əfv sərəncamı bu ilin martında olub. 424 nəfər əfv olunub. Əfv sərəncamından bizi qısa müddət ayırır və bu səbəbdən yaxın günlərdə əfv olacağını güman etmirəm”.

Bu barədə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Amerikanın Səsinə bildirib. Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının olacağı ilə bağlı son həftələrdə komissiya üzvlərinə məlumat daxil olmayıb: “Əfv Komissiyasına müraciətlər daxil olur, komissiya müraciətləri öyrənir, hazırlayıb komissiyanın iclasına təqdim edir. Komissiyanın iclası Əfv komissiyanın sədri Ramiz Mehdiyev tərəfindən çağırılır. Bu əlamətlərə görə yaxın zamanda əfv olacağını real saymıram”, -deyə o qeyd edib.

Komissiya üzvü eyni zamanda deyib ki, “əfv cənab prezidentin konstitusion səlahiyyətlərinə daxildir və kimlərin əfv ediləcəyini, nə vaxt sərəncam imzalayacağını o müəyyən edir”.

Xatırladaq ki, son günlər yerli mediada Qurban bayramı (sentyabrın 1 və 2-si) qabağı əfv olacağı ilə bağlı xəbərlər yayılmaqdadır.