XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 17:56

“Ağıllı qərar verdin, alternativi faciə ola bilərdi” –Trampdan Şimali Koreya liderinə mesaj

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ini Quam adasına hücum planını təxirə salmasına görə alqışlayıb.

Strateq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti "Twitter" hesabından açıqlama verib.

O, "Kim Çen İn ağıllı və yaxşı düşünülmüş bir qərar verdi. Alternativi faciə və qəbuledilməz ola bilərdi", – deyə, bildirib.

Xatırladaq ki, Şimali Koreya Sakit Okeanın Quam adasında yerləşən ABŞ-a məxsus hərbi obyektlərə qabaqlayıcı zərbələr vurmaq üçün plan hazırladıqlarını bəyan etmişdi. Həmin xəbərdə deyilirdi ki,  adaya zərbələr orta mənzilli “Hvason-12” ballistik raketlər vasitəsilə endiriləcək: "Mümkün hədəflər arasında B-52 tipli strateji bombardmançı təyyarələrin yerləşdiyi “Andersen” aviabazası da var".

Lakin bir neçə gün əvvəl KXDR lideri Kim Çen İn bu planın təxirə salındığını bəyan edərək, bildirib ki, ölkəsi ABŞ-ın gələcək addımlarını diqqətdə saxlayacaq. Və duruma uyğun qərara yenidən baxılacaq.

Strateq.az