XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 22:27

Astan Şahverdiyev həmkarının “qulaqburması” xəbərdarlığına belə cavab verdi:"Hər kəsin sifətini gördüm”

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev Ölkə.az-a açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.

"Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq” – deyə, A.Abıyev bildirib.

Strateq.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Astan Şahverdiyev Modern.az-a açıqlama verib.

Astan Şahverdiyev bildirib: "Düzü, bu barədə danışmaq istəmirəm. Parlamentin iclasları başlasın, mən o zaman özümü müdafiə edəcəyəm. Yoxsa mətbuat vasitəsilə özümü müdafiə etmək istəmirəm. Ona görə də münasibət bildirmirəm. Hər kəsin sifətini gördüm”.