Rusiyaya məxsus onlarla hərbi yük maşını Belarusa daxil olub.
Bu barədə informasiyanı “Ex-press.by” saytı yayıb. Hərbi yük avtomobilləri Belarusun Birləşmiş Təlim Mərkəzinə doğru yollanıblar. Rusiya hərbçilərini Belarus yol polisi müşayiət edib.
Qeyd edək ki, bu ilin sentyabrında Belarusda Qərb-2017 hərbi təliminin keçirilməsi nəzərdə tutulub/Axar.az.