XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 22:03

Trampdan qəzəbli bəyanat:"Ölkə tarixinin parçalandığını görmək çox kədərlidir"

"Konfederasiya tarixinə aid heykəlləri götürməklə bu ölkənin tarixini dəyişdirə bilməzsiniz, lakin ondan öyrənə bilərsiniz".

Bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Bu heykəlləri götürməklə ölkə tarixinin parçalandığını görmək çox kədərlidir. Əvvəlcə, Robert E.Li, Stonel Cekson, bəs sırada kim var? Vaşinqton? Cefferson? Axmaqlıqdır. Şəhərlərimizin gözəlliyi pozulur. Parklardakı bu boşluq əsla doldurulmayacaq”, – Ağ Ev lideri bildirib/Axar.az.

Qeyd edək ki, sözügedən heykəllərin götürülməsi səbəbindən ABŞ-ın Virciniya ştatının Çastorville şəhərində radikal qruplar arasında güclü toqquşmalar baş vermişdi.