XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Avqust 2017 - 17:21

Bərzani ABŞ-ı təhdid etdi:"Referendumun təxirə salınması tələbinə razı olan deyilik"

"ABŞ Dövlət katibi Reks Tillersonun referendumun təxirə salınması ilə bağlı tələbinə razı olan deyilik".

Bu sözləri Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzani “Okaz”qəzetinə açıqlamasında deyib.

O bildirib ki, bir müddət əvvəl baş tutan telefon danışığı zamanı Bağdadla dialoqun aparılması barədə razılıq əldə olunub:

“Təxirə salınma məsələsi ilə qətiyyən olmayacağıq. Hazırki durum və təzyiq altında 2 ilə qədər birgə ola bilərik. Lakin Bağdadın Kürdüstana qarşı siyasəti dəyişməyib. Ali hüquqlarımız pozularsa, müttəfiqlik də sona çata bilər”.

Xatırladaq ki, telefon danışığı zamanı Tillerson Bərzanidən referendumun təxirə salınmasını xahiş etmişdi/Axar.az.