XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2015 - 08:18

“Azərbaycan gələn il zərbə PUA-larının istehsalına başlayacaq” – Nazir

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) 2016-cı ildə yeni nəsil pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə Müdafiə Sənayesi naziri Yavər Camalov bildirib. Y.Camalov bununla bağlı dövlət başçısının tapşırıq verdiyini qeyd edib.

“Bu uçuş aparatları kəşfiyyatla yanaşı, digər funksiyaları da həyata keçirəcək, aşkarladığı hədəfləri məhv edə biləcək. Yeni PUA üzərində işlər 2016-cı ilin sonlarında başa çatdırılacaq və istehsalına başlanacaq”, – deyə nazir vurğulayıb.

Nazir bundan əlavə, uzaq mənzilli raketlərin istehsalı istiqamətində müvafiq qurumlarla danışıqlar aparıldığını və yaxın zamanlarda bu məhsulların istehsalına başlanacağını bildirib.