XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2017 - 23:13

Çempionlar Liqası: “Qarabağ” tarix yazdı, qrup mərhələsinə çıxdı –VİDEO

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ” tarixi oyununa çıxıb. 

Strateq.az xəbər verir ki,  Qurban Qurbanovun komandası səfərdə "Kopenhagen”lə cavab matçını oynayıb.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22.45-də başlayıb. 

Oyunda hesab 2-1 bitib. Lakin Bakıda 1:0 hesablı qələbə qazanan komandamız səfərdə 2-1-lik məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqəni təmin edib. Beləliklə, "Qarabağ" bundan sonra Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq.