XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2017 - 18:03

Mehman Əliyev barəsində həbs-qətimkan tədbiri seçildi- 3 ay müddətinə

Yasamal Rayon Məhkəməsində "Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. 
 

APA-nın məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M.Əliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. 
 
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.