XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 06:24

Naxçıvanda da Dövlət Təhlükəsizlik Xidməti yaradıldı – Yeni rəis təyin olundu

vasif talibov.jpg

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
 
V.Talıbovun sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
 
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası milli təhlükəsizlik naziri, general-leytenant Vəli Ələsgərov idi.

APA