XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2015 - 12:01

Azərbaycan nefti neçəyə başa gəlir? – Maraqlı rəqəmlər
neft-22.jpg
Hazırda dünya bazarında neftin barreli 37 dollardır.
 
Azərbaycanda bu məsələ ilə çoxları maraqlanır: “Neftin hansı qiyməti Azərbaycan üçün “qırmızı xətt”dir?
 
Caspian Barrel Neft Araşdırmaları Mərkəzi bu “qırmızı xətt”i müəyyən edib.
 
ölkədə neft və qazın əsas istehsalçısı “ВР-Azerbaijan” şirkətidir. Bu il o, 31 milyon ton neft və 2,3 milyon ton kondensat çıxarmağı (neft hasilatının 80,6 faizi) planlaşdırır.
 
Neft dairələrindən əldə edilən məlumata görə, “ВР-Azerbaijan” üçün xammalın barreli 6 dollardır. 1 barrel neftin Səngəçaldan Ceyhan limanına çatdırılması xərci 7 dollardır.
 
SOCAR neftinə gəlincə isə, şirkətin hesabatına əsasən, 1 yanvar, 2015-ci il üçün 1 ton neft 91,63 manat və ya 116,81 dollara, 1 barrel 16 dollara başa gəlib.
 
SOCAR öz neftini əsasən Heydər Əliyev adına Neft Emalı Zavoduna tədarük edir. 1 milyon tondan çox nefti isə Bakı-Novorossiysk kəməri ilə ixarc edir. Burada 1 barrelin nəql xərci 3,5 dollardır.
 
2014-cü ildə Azərbaycanda 41,9 milyon ton əmtəəlik neft çıxarılıb. Bu il 41,3 milyon ton, 2016-cı ildə 40,7 milyon ton hasilat gözlənilir. turan.az