XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

02 Sentyabr 2017 - 15:29

Müdafiə naziri cəbhə xəttinə getdi –Səngərlərdəki hərbçilərimiz təbrik edildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 1-də cəbhəboyu zonada yerləşən hərbi birliyə səfər edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə bilavasitə üzbəüz səngərlərdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuları Qurban bayramı münasibətilə təbrik edib.

Əməliyyat şəraiti barədə məruzələri dinləyən Müdafiə naziri, bölmələrin döyüş hazırlığı səviyyəsini və döyüş növbətçiliyinin təşkilini yoxlayıb, qarşıda duran vəzifələri dəqiqləşdirib.

Sonra ön xətdə qurbanlar kəsilib, hərbi qulluqçulara bayram sovqatları verilib, xidmətdə fərqlənənlər qiymətli hədiyyələrlə mükafatlandırılıb və çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparılıb.