XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 08:04

Ekspertdən Mərkəzi Banka çətin suallar: “Niyə 1.15, yaxud 1.35 yox, məhz 1.55?”

azer-mehdiyev.jpg

Manatın növbəti devalvasiyası ilə bağlı açıqlamalar, şərhlər davam edir. Müzakirələrə qoşulan iqtisadçı-ekspert Azər Mehdiyev öz Feysbuk hesabında maraqlı fikirlər irəli sürüb: “Neftin qiyməti aşağı düşdükcə və ölkənin neft gəlirləri azaldıqca, müstəqil ekspertlər manatın devalvasiyasının qaçılmaz olduğunu söyləyəndə hökumət onları “əhali arasında panika yaymaqda” suçlayırdı. Hətta fevral dvalvasiyasından sonra da manatın məzənnəsinin 1.05 səviyyəsində saxlanılmasının başa düşülən olmadığını dəfələrlə bildirmişik. Mərkəzi Bank və hökumət isə israrla bildirirdi ki, hər şey nəzarət altındadır, heç bir devalvasiya olmayacaq. Hökumətin bu qədər israrları nəticəsində, habelə fevralda atılmış addımdan ölkə iqtisadiyyatının, xüsusilə bank sektorunun hələ özünə gələ bilmədiyini nəzərə alıb hökumətin qısa bir müddətdə ikinci bir ağır addım atacağından, yəni kəskin devalvasiyaya gedəcəyindən çəkinəcəyini düşünürdük. Bu addımın ən tezi yanvarda olacağı gözlənilən idi. Amma bu qərar bir daha göstərdi ki, hökumət komandasının fəaliyyəti proqnoza gəlmir…”

A.Mehdiyev əlavə edib ki, ABŞ-da FES uçot dərəcəsini qaldırmağa hazırlaşdığını tam 1 il əvvəldən bəyan edir, araşdırmalar və müzakirələr aparır və cəmiyyəti buna hazırlayır. Uçot dərəcəsinin qaldırılması isə tədricən, addım-addım, məqsədyönlü şəkildə həyata keçirilir. Heç bir panikaya imkan verilmir. Buna cəmiyyəti idarə etmək deyirlər.
ölkəmizdə isə tamamilə fərqli yanaşma hökm sürür. Siyasət qapalı aparılır, cəmiyyət aldadılır, ən yüksək səviyyədə hər şeyin nəzarət altında olduğu, heç bir problemlərin olmadığı bəyan edilir, əhali iqtisadi savadsızlıqda və yersiz panikaya düşməkdə ittiham olunur, sonra isə birdən kəskin addımlar atılır: “Mərkəzi Bank üzən məzənnə siyasətinə keçdiyini bəyan edir və dərhal manatın dollara nəzərən kursunu 1.05-dən 1.55-ə yüksəldir. Amma heç bir izahat yoxdur ki, niyə 1.15 yaxud 1.35 yox, məhz 1.55. Bu məzənnə hardan ortaya çıxdı? Kim hesabladı? Kim qərar verdi? 
Demirsiniz ki, “üzən məzənnəyə keçirik”, onda manatın “cilov”unu buraxın, manat özü tədricən kursunu tapsın. Əgər kursu özünüz istədiyiniz kimi müəyyənləşdirirsinizsə, bunu niyə “üzən kurs” adlandırırsınız ki?”

Strateq.az