XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2017 - 18:14

Rusiyada hərbi poliqonda partlayış- 1 hərbçi öldü, 5-i yaralandı

Rusiyanın Leninqrad vilayətində hərbi poliqonda partlayış baş verib. Bu barədə Qərb Hərbi Dairəsinin mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, partlayış nəticəsində 1 hərbçi ölüb, daha 5 hərbçi yaralanıb.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. İnsident yerli vaxtla saat 12:30 radələrində planlaşdırılmış tank atışmaları zamanı baş verib.

Məlumata görə, tank mərmilərindən biri trayektoriyadan yayınıb və 6 hərbçinin olduğu yerin yaxınlığına düşərək partlayıb(trend).